Yunan-Roma güləşçimiz Eldəniz Əzizli ikiqat dünya çempionu olub | |
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) ikiqat dünya çempionu olub. Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının finalında güləşçimiz gürcüstanlı Nuqzari Tsurtsumiya ilə qarşılaşıb. Görüş təmsilçimizin 8:0 hesablı qələbəsi ilə başa çatıb. Biraz sonra daha bir güləşçimiz final görüşünə çıxacaq. Belə ki, Ülvi Qənizadə (72 kq) qızıl medal uğrunda görüşdə serbiyalı Ari Arsalan ilə qarşılaşacaq. |
|
Xəbər 366 dəfə oxundu. |
|
|