İki yunan-Roma güləşçimiz dünya çempionatında yarımfinala vəsiqə qazanıb
İki yunan-Roma güləşçimiz Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) italiyalı Covanni Frenini 8:0, Yaponiya idmançısı Yu Şiotanini 9:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Yarışda 72 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat Avropa mükafatçımız Ülvi Qənizadə İbrahim Məhəmmədov (Qazaxıstan) 4:2 və bolqarıstanlı Deyvid Dimitrova 10:0 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 18-də başa çatacaq.

Xəbər 212 dəfə oxundu.