Azərbaycan Premyer Liqası: Bu gün “Qəbələ” klubu “Neftçi”ni, “Səbail” isə “Zirə”ni qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçiriləcək.

Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə “Neftçi” arasında olacaq. Hazırda Bakı təmsilçisi 12 xalla 3-cü, "qırmızı-qaralar" isə 9 xalla 5-cidir.

Komandalar indiyədək ölkə çempionatında 55 dəfə qarşılaşıblar. Bunların 17-də əyalət təmsilçisi, 25-də paytaxt klubu qələbə qazanıb. 13 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də qonaqların xeyrinədir - 82:66.

Günün sonuncu matçında "Səbail" "Zirə"ni qəbul edəcək. Komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşıb. Yeddi xalı olan "Zirə" 6-cı, rəqibindən 2 xal az toplayan "Səbail" 5-ci yerdə gedir.

Paytaxt təmsilçiləri bunadək Premyer Liqada 19 dəfə rəqib olublar. Bunların 3-ü "Səbail"in, 12-si "Zirə"nin qələbəsi ilə başa çatıb. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv qol sayında rəqibini 27:17 hesabı ilə üstələyir.

Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" evdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.

Xəbər 209 dəfə oxundu.