Dünya Şotokan Federasiyasının dünya çempionatında ölkəmizi 27 karateçi mübarizə aparacaq
Azərbaycan karateçiləri sentyabrın 9-11-də Çexiyanın Pardubiçe şəhərində Dünya Şotokan Federasiyasının (WSF) 12-ci dünya çempionatında iştirak edəcəklər.

Yarışa 27 idmançımız yollanıb.

Dünya çempionatında 31 ölkədən 1804 karteçi mübarizə aparacaq. Mötəbər yarışa uşaqlar, yeniyetmələr, gənclər, böyüklər, ustalar və para karateçilər qatılacaq. Müxtəlif yaşlar üzrə çəki dərəcələrindən əlavə açıq çempionat da keçiriləcək.

Yarışdan əvvəl WSF-in Azərbaycan nümayəndəliyinin iclası keçirilib. Yığıncaqda WSF-in prezidenti Yaşar Bəşirov və beynəlxalq təşkilatın Azərbaycan nümayəndəsi Rənad Əliyev yarışa hazırlıqla bağlı danışaraq idmançılara uğurlar arzulayıblar.

Xəbər 266 dəfə oxundu.