Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Sloveniya yığmasının qonağı olacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

Rəqib D qrupunun lideri Sloveniya millisi olacaq. Mariborda təşkil olunacaq qarşılaşmanı italiyalı baş hakim Armando Simbari idarə edəcək.

İki komanda arasında sentyabrın 3-də Bakıda keçirilmiş görüşdə Sloveniya qalib gəlib - 3:1. Hazırda bu yığma 11 xalla 1-ci, Azərbaycan isə 9 xalla 2-ci yerdədir.

Xəbər 211 dəfə oxundu.