Karyerasını bitirmiş Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabovanı Səbinə Əliyeva əvəzləyib
Karyerasını bitirmiş Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabovanı Səbinə Əliyeva əvəzləyib.

Yeni idmançı beynəlxalq yarışlarda Vladimir Litvintsevlə birlikdə mübarizə aparacaq.

Rusiyanın Vladivostok şəhərində doğulmuş S.Əliyeva əvvəlcə qonşu ölkəni təmsil edib. Daha sonra o, öz istəyi ilə Azərbaycan yığmasında çıxış etməyə başlayıb. Hazırda o, 14 yaşındadır.

Y.Ryabova isə səhhətində yaranan problemlə əlaqədar idmanla vidalaşıb. Federasiya ona Azərbaycanı beynəlxalq yarışlarda təmsil etdiyi üçün təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.

Xəbər 196 dəfə oxundu.