Güləşçimiz Aslan Mirzəyev Türkiyədə baş pəhləvan kəmərinə layiq görülüb
Türkiyənin Hatay şəhərində aba güləşi üzrə Xl dünya çempionatı keçirilib.

Yarışda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının aba güləşçiləri 5 çəki dərəcəsində iştirak ediblər.

Aslan Mirzəyev ağır çəkidə bütün rəqiblərinə qalib gələrək qızıl medala və baş pəhləvan kəmərinə layiq görülüb.

Xəbər 226 dəfə oxundu.