Azərbaycan triatlonçusu Dünya kubokunun mərhələlərində stabil olaraq ən yaxşı 20 atletlər sırasındadır
Azərbaycan triatlonçusu Rostislav Pevtsov İspaniyanın Valensiya şəhərində keçirilən Dünya kubokunun növbəti mərhələsində 20-ci yeri tutub. Azərbaycan Triatlon Federasiyasından verilən məlumata görə, bu yarışda 1-ci yeri Braziliya idmançısı Manoel Messias, 2-ci yeri İspaniyadan Mario Mola, 3-cü yeri ABŞ-dan Metyu Makelroy tutublar. Maraqlıdır ki, ilk onluğa 5 ispan triatlonçusu daxil olub.

Uğurlu nəticə Azərbaycan atletinə öz qlobal şəxsi reytinqini 6 pillə yaxşılaşdırmağa imkan verib. Hazırda müxtəlif beynəlxalq yarışlarda olan nəticələr əsasında formalaşan triatlonçuların ümumi qlobal reytinqində 64-ci yeri tutur və idman göstəricilərini davamlı olaraq yaxşılaşdırmaqdadır. Olimpiya lisenziyası almaq üçün R.Pevtsov reytinqə görə 55 ən yaxşı dünya idmançıdan biri olmalıdır. Nəticələrini daimi yaxılaşdıran Azərbaycan idmançısı üçün bu məqsəd realdır.

Xəbər 207 dəfə oxundu.