Karateçimiz Ülvi Məmmədov dünya çempionatında çıxış edəcək
Sentyabrın 9-11-də Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federasiyasının (WSF) təşkilatçılığı ilə 12-ci dünya çempionatı keçiriləcək.

Dünya Fudokan Federasiyasının Azərbaycandakı rəsmi və səlahiyyətli

Komandamızın heyətində ikinci dan qara kəmər sahibi Ülvi Məmmədov (+84 kq) da yer alıb.

Qeyd edək ki, “SKİ Azərbaycan” klubunun üzvü Ü.Məmmədov 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan üzrə 25-ci Avropa çempionatında komanda döyüşlərində bürünc, 2021-ci ilin noyabr ayının 5-7 –də Türkiyədə WSF üzrə dünya çempionatında gümüş medal qazanıb. İdmançımız bu il iyulun 1-3-də Qırğızıstanda keçirilən açıq Asiya çempionatında isə ikinci yeri tutub.

Xəbər 263 dəfə oxundu.