Badmintonçumuz “YONEX Latvia International 2022” turnirində çıxışını başa vurub
Badmintonçumuz Era Maftuha Latviyanın Yelqava şəhərində keçirilən "Future" seriyalı "YONEX Latvia International 2022" turnirində çıxışını yekunlaşdırıb.

Qadın badmintonçuların fərdi yarışında mübarizəyə əsas mərhələdən başlayan təmsilçimiz ilk görüşündə latviyalı Arina Babreyə 2:0 hesabı ilə qalib gəlib.

Badmintonçumuz dörddəbir finala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin finalçısı Anna Tatranovaya (Fransa) 1:2 hesabı ilə məğlub olub.

Xəbər 282 dəfə oxundu.