“Frayburq” ilə qarşılaşacaq “Qarabağ”ın Almaniyaya yollanacağı vaxt müəyyənləşib | |
UEFA Avropa Liqasının qrup mərhələsində “Frayburq” ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubu sentyabrın 6-da Almaniyaya yollanacaq. Komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək. Sentyabrın 7-də Bakı vaxtı ilə saat 21:40-da komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 22:00-da isə matçın keçiriləcəyi “Wolfswinkel” stadionunda (Europa-Park Stadion) komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq. Qeyd edək ki, “Frayburq” – “Qarabağ” oyunu sentyabrın 8-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. |
|
Xəbər 271 dəfə oxundu. |
|
|