Şirvanda “Stolüstü tennis hamı üçün” adlı tədbir keçirilib
Şirvan şəhər M.Füzuli adına İstirahət Parkında “İdman hamı üçün” layihəsi çərçivəsində “Stolüstü tennis hamı üçün” adlı idman tədbiri keçirilib.

Aksiya çərçivəsində stolüstü tennis idman növü üzrə nümunəvi çıxışlar göstərilib.

Əyləncəli idman tədbirinin təşkilində məqsəd stolüstü tennis idman növünün təbliği, kütləviliyinin təmin edilməsi, uşaq və yeniyetmələrin idmana marağının artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkili olub.

Xəbər 248 dəfə oxundu.