“Turan Tovuz” komandası “Şamaxı”nı minimal hesabla məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında beşinci tur çərçivəsində növbəti oyun keçirilib.

“Şamaxı” klubu “Turan Tovuz”u qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda Tovuz təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu “Turan Tovuz”un kamerunlu hücumçusu Runi İva Vankevay vurub.

Bu nəticədən sonra Ayxan Abbasovun yetirmələri turnir cədvəlində 7 xalla 5-ci pilləyə yüksəliblər. “Şamaxı” isə 1 xalla 9-cu yerdədir.

Qeyd edək ki, turun açılış matçında "Qarabağ" "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. Beşinci turun "Neftçi" - "Sumqayıt" oyunu sentyabrın 3-də, "Sabah" - "Səbail" və "Zirə" - "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.

Xəbər 207 dəfə oxundu.