Çimərlik güləşçimiz Fərid Cabbarov dünya çempionu olub
Rumıniyanın Konstantsa şəhərində keçirilən çimərlik güləşi üzrə U-20 dünya çempionatında Azərbaycan idmançısı Fərid Cabbarov (90 kq)qızıl medal qazanıb.

Digər təmsilçimiz Zəfər Əliyev (+90 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib, Rübail İbrahimli (70 kq) bürünc mükafat qazanıb. Yalnız Fərid Yusifov (80 kq) medalsız qalıb.

Bu nəticə ilə Azərbaycan meydan sahibi Rumıniyadan (95 xal) sonra ikinci olub. Azərbaycan millisi 68 xal qazanıb.

Qeyd edək ki, daha əvvəl Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərlidən (80 kq) ibarət Azərbaycanın çimərlik güləşi üzrə U-17 millisi eyni məkanda həm fərdi yarışda, həm də komanda hesabında dünya çempionu olub.

Xəbər 321 dəfə oxundu.