“Qarabağ” klubu azarkeşlərə müraciət edib
Ağdamın “Qarabağ” klubu “Frayburq”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin birinci tur matçı üçün Almaniyadakı azarkeşlərə müraciət edib.

“Europa Park” stadionunda görüşü izləmək istəyən azarkeşlər N-16 və N-17 sektorlarının giriş qapısından bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur.

Qeyd edək ki, sentyabrın 8-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 364 dəfə oxundu.