“Beerbaşa” komandası EMF Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yüksəlib
Minifutbol üzrə Azərbaycan çempionu “Beerbaşa” komandası EMF Çempionlar Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanaraq daha bir tarixi nailiyyətə imza atıb.

“Beerbaşa” Rumıniyanın AEK (Oradya) komandasını 4:0 hesabı ilə məğlub edib. Qolları Elvin Əlizadə, Emin Əliyev, Cəfər Cəfərov və Emil Məmmədov vurub. Bununla da komanda 6 xalla B qrupunun lideri olub və səkkizdəbir finala adlayıb.

Qeyd edək ki, “Beerbaşa” ilk turda Çexiyanın “La Plate de Kunde” komandasına 1:2 hesabı ilə uduzub. Azərbaycan çempionu daha sonra Bolqarıstanın “DXC Texnoloci” komandasını 5:1 hesabı ilə məğlub edib.

Xəbər 226 dəfə oxundu.