Elçin Məsiyev “Benfika”–“Makkabi” oyununa təyinat alıb
Futbol üzrə UEFA Gənclər Liqasının H qrupu çərçivəsində keçiriləcək “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi Elçin Məsiyev olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ricardo Jorge Antunes Baixinho (Portuqaliya) yerinə yetirəcək.

Matç sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində oynanılacaq.

Xəbər 345 dəfə oxundu.