Çimərlik futbolu üzrə Azərbaycan millisi Moldova yığması ilə qarşılaşacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

Norveç yığması ilə üz-üzə gələn komandamız 6:3 hesabı ilə qalib gəlib. Millimizin heyətində qolları Comərd Baxşəliyev (3), İsa Zeynallı, Orxan Məmmədov və Amid Nəzərov vurublar.

Millimiz Dünya Çimərlik Oyunlarında sentyabrın 3-də 9-10-cu yerlər uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 10:30-da başlayacaq.

Xəbər 231 dəfə oxundu.