Azərbaycan Premyer Liqası: "Qarabağ" növbəti qələbəsini qazanıb | |
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib. ilk oyun günündə bir qarşılaşma keçirilib. Son ölkə çempionu "Qarabağ" Qəbələdə "Kəpəz"in qonağı olub. Qarşılaşma "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin yeganə qolunu 44-cü dəqiqədə Abdullah Zubir vurub. Gəncə klubunda Tural Rzayev 50-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. "Qarabağ" rəqiblərindən bir oyun az keçirməsinə baxmayaraq, xallarının sayını 12-yə yüksəltməklə lider "Sabah"a çatıb. Bütün görüşlərdə məğlub olan "Kəpəz" isə sonuncu - 10-cu yerdədir. Qeyd edək ki, turun "Şamaxı" - "Turan Tovuz" və "Neftçi" - "Sumqayıt" oyunları sentyabrın 3-də, "Sabah" - "Səbail" və "Zirə" - "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq. |
|
Xəbər 217 dəfə oxundu. |
|
|