“Qəbələ”nin prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin sədri seçilib
AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.

iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

S.Hacıyev klublara göstəriləcək maliyyə yardımı barədə məlumat verib. AFFA-nın Yoxlama və təftiş komitəsinin üzvləri ilə tanışlıq xarakterli müzakirələr aparılıb.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov səs çoxluğu ilə növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.

Xəbər 193 dəfə oxundu.