“Mançester Siti” klubu “Nottinqem Forest”i böyük hesabla məğlub edib
Futbol üzrə İngiltərə Premyer Liqasının V turu çərçivəsində “Mançester Siti” və “Nottinqem Forest” klubları qarşılaşıb.

“Etihad” stadionunda keçirilən matç ev sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:0.

Oyunda qolları Erlinq Haaland (12, 23, 38), Joao Kanselo (50) və Yulian Alvarez (65, 87) vurublar.

Qeyd edək ki, Norveç millisinin üzvü Erlinq Haaland Premyer Liqada ardıcıl ikinci oyunda het-trik edib. O, 9 qolla liqada bombardirlər siyahısında birinci yerdə qərarlaşıb.

Xəbər 216 dəfə oxundu.