Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin İdarə Heyətinin üzvləri ilə görüşüb
Avqustun 27-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin (AİJİB) İdarə Heyətinin üzvləri ilə görüşüb.

Görüş zamanı ölkəmizdə idman mediasının hazırkı vəziyyəti və idmanın təbliği məsələləri müzakirə edilib. Fərid Qayıbov ölkəmizdə medianın ən böyük qollarından biri olan idman jurnalistikasının inkişaf etdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

Nazir Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin mövcud problemləri ilə də maraqlanıb. Qurumun rəhbəri Azər Quliyev səmimi qəbula görə təşəkkür edib.

İdarə Heyətinin üzvləri idman mediasını narahat edən məsələlər barədə məlumat veriblər.

Xəbər 2620 dəfə oxundu.