Küveytli karateçilər “Arpaçay” klubunda təlim-məşq toplanışına qatılıblar
Avqustun 27-28-də Bakı İdman Sarayında uşaqlar arasında keçiriləcək "Olimpiya ümidləri-2022" beynəlxalq karate turniri ərəfəsində Küveyti təmsil edən kumite və kata komandaları “Arpaçay” klubunda təlim-məşqə toplanışına qatılıblar.

Təlim-məşq toplanışında Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, “Arpaçay”ın prezidenti Yavər Hüseynov, klubun digər rəhbər şəxsləri və məşqçiləri, Küveyt milli karate komandasının məşqçiləri iştirak ediblər.

Tədbirə, ümumilikdə 150-dən çox idmançı qatılıb.

Xəbər 245 dəfə oxundu.