Cüdoçularımız dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaqlar
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.

Yarışın ikinci günündə Azərbaycan komandasının 3 üzvü medal görüşünə çıxacaq. Belə ki, Nizami İmranov (60 kq) fransalı Dayyan Boulemtafes, Nicat Nağıyev (66 kq) italiyalı Federıko Bosis, Aydan Vəliyeva (48 kq) macarıstanlı Luka Veg ilə bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, komandamızın aktivində indiyədək bir medal var. Belə ki, millimizin üzvü Şahin Oruczadə (55 kq) mundialın gümüş medalını qazanıb.

Xatırladaq ki, fərdi yarışlar avqustun 27-dək davam edəcək. Avqustun 28-də isə komanda yarışı keçiriləcək.

Xəbər 225 dəfə oxundu.