Bosniya və Herseqovina - Azərbaycan oyunu heç-heçə yekunlaşıb
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Millimizin qollarını 3-cü dəqiqədə Nəriman Axundzadə və 73-cü dəqiqədə Qurban Səfərov vurublar.

Qeyd edək ki, oyunun 69-cu dəqiqədəsində Nuğay Rəşidov qırmızı vərəqə alıb.

Komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə rəqibin xeyrinə nəticələnmisdi.

Xəbər 224 dəfə oxundu.