AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edəcək
Bu gün İstanbulda UEFA Çempionlar Liqası turnirinin 2022/2023-cü illər mövsümünün qrup mərhələsinin püşkatma mərasimi və Avropa klub futbolu mövsümünün başlanması ilə bağlı tədbir keçiriləcək.

UEFA-nın dəvəti əsasında AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev tədbirlərdə iştirak edəcəklər.


Xəbər 216 dəfə oxundu.