Aydın Ağabəyov: V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan kikboksçuları tarix yazdılar
V İslam Həmrəyliyi Oyunlarında hakim kimi ədaləti qorudum. Bu, həm də böyük beynəlxalq təcrübə idi. Hansı məsuliyyət daşıdığımı yaxşı dərk edirdim. Bu cür mötəbər yarışda təmsil olunmaq və prosesin içində iştirak etmək ayrı hisslər idi. V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etməkdən qürur hissi keçirirdim.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının beynəlxalq “A” dərəcəli hakimi Aydın Ağabəyov deyib.

A.Ağabəyov bildirib ki, Azərbaycan kikboksçuları yarışda uğurla çıxış ediblər: “Azərbaycan kikboksçularının uğurlu çıxışları, əlavə stimul idi. Kikboksinq üzrə millimiz 3-ü qızıl, 5-i gümüş, 7-si bürünc olmaqla, ümumilikdə 15 medal qazanıb. Millimizin medal sıralamasında ilk "üçlüy"ə düşməsi Azərbaycanda kikboksinq hansı səviyyədə inkişaf etdiyini təsdiqlədir. Belə mötəbər tədbirdə ölkəmizi təmsil etmək üçün bizə yaratdıqları şəraitə görə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova, Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevə, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevə təşəkkür edirəm”.

Qeyd edək ki, A.Ağabəyov V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında final döyüşlərini idarə edib.

Xəbər 486 dəfə oxundu.