Sabah Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasının növbəti mərhələsində mübarizəyə başlayacaq
Sabah ABŞ-ın Sent-Luis şəhərində Grand Chess Tour” seriyasının növbəti mərhələsi start götürəcək.

Yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Fabiano Karuana, Levon Aronyan, Leynier Dominges, Hikaru Nakamura, Samuel Şankland (hamısı - ABŞ), Riçard Rapport (Macarıstan) və Yan Nepomniyaşi (Rusiya) iştirak edəcəklər.

Rapid və blits üzrə keçiriləcək turnir avqustun 30-dək davam edəcək.

Xəbər 209 dəfə oxundu.