Avropa çempionatı: Şahmatçılarımız uğurlu çıxışlarını davam etdirirlər
Şahmatçılarımız Praqada qadınlar arasında keçirilən Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

Təmsilçilərimiz Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova 5 turdan 4 xal toplayaraq 2-12-ci yerləri bölüşürlər.

Komandamızın digər üzvləri Ləman Hacıyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva 3 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək.

Xəbər 242 dəfə oxundu.