Azərbaycan millisinin Malta və Bosniya və Herseqovinaya qarşı keçirəcəyi oyunları idarə edəcək hakimlər müəyyənləşib
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta və Bosniya və Herseqovina millisinə qarşı keçirəcək oyunları idarə edəcək hakimlər müəyyənləşib.

Sentyabrın 2-də Ta`Qali şəhərindəki Mərkəzi stadionda keçiriləcək Malta – Azərbaycan oyununu İtaliyadan, sentyabrın 6-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Bosniya və Herseqovina qarşılaşmasını isə Fransadan olan hakimlər briqadası idarə edəcək.

Malta – Azərbaycan oyununun baş hakimi Silvia Gasperotti olacaq. Ona Veronika Martinelli və Veronika Vettorel kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anna Frazza yerinə yetirəcək.

Maika Vanderstiçel Azərbaycan – Bosniya və Herseqovina matçına baş hakim kimi təyinat alıb. Baş hakimə Solenne Bartnik və Clothilde Brassard kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Savina Elbour olacaq.

Xəbər 232 dəfə oxundu.