Zaqatalada şahmat məşqçiləri üçün seminar başlayıb
Avqustun 25-də Zaqatalada Azərbaycan Şahmat Federasiyasının məşqçi komissiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar başlayıb.

4 gün davam edəcək seminarda Əməkdar məşqçi Anar Allahverdiyev və “Təhsil” RİM-in şahmat idman növü üzrə baş məşqçisi Raul Quliyev məruzəçidir.

Seminar məşqçilərin gələcəkdə sertifikatlaşdırılmasına böyük kömək olacaq.

Xəbər 229 dəfə oxundu.