Cüdoçularımız dünya çempionatında çıxışlarını davam etdirirlər
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatı davam edir.

Bu gün Azərbaycan komandasının 4 üzvü - Nizami İmranov (60 kq), Əbil Yusubov, Nicat Nağıyev (66 kq), Aydan Vəliyeva (48 kq) və Vüsalə Hacıyeva (52 kq) mübarizəyə qatılıblar.

Qeyd edək ki, komandamızın aktivində indiyədək bir medal var. Belə ki, millimizin üzvü Şahin Oruczadə (55 kq) mundialın gümüş medalını qazanıb.

Xatırladaq ki, fərdi yarışlar avqustun 27-dək davam edəcək. Avqustun 28-də isə komanda yarışı keçiriləcək.

Xəbər 236 dəfə oxundu.