Bədii gimnastlarımız “Challenge” seriyasına aid dünya kuboku yarışında mübarizə aparacaqlar
Avqustun 26-dan 28-dək Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışı keçiriləcək.

Turnirdə ölkəmizi yığma komandamızın üzvləri Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcəklər.

Artıq idmançılarımız Rumıniyaya yola düşüblər.

Xəbər 229 dəfə oxundu.