"Beerbaşa" komandasının Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib
Minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.

Bolqarıstanın Plovdiv şəhərində keçirilən mərasimdə Azərbaycanın "Beerbaşa" komandasının də rəqibləri bəlli olub.

Təmsilçimiz B qrupunda Rumıniyanın “AEK Oradea” (Rumıniya), Bolqarıstanın “DXC Technology” və Çexiyanın “G.I.C. La Plate de Künde Praqa” komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Monteneqroda keçiriləcək turnir avqustun 31-də başlayacaq. “Beerbaşa” klubu qrupdakı ilk matçını avqustun 31-də "G.I.C. La Plate de Künde Praqa"ya qarşı keçirəcək. Kollektiv sentyabrın 1-də və 2-də isə müvafiq olaraq, “DXC Technology” və “AEK Oradea” ilə qarşılaşacaq.

Xəbər 252 dəfə oxundu.