“Barselona” və “Mançester Siti” klubları arasında yoldaşlıq görüşü keçirilib
İspaniyanın “Barselona” klubu “Kamp Nou” stadionunda İngiltərənin “Mançester Siti” komandası ilə yoldaşlıq görüşü keçirib.

Oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Ev sahiblərinin heyətində Pyerre-Emerik Aubameyanq (29), Frenki De Yonq (67) və Memfis Depay (79) fərqlənib. Qonaq komandanın heyətində isə Yulian Alvarez (21), Kol Palmer (70) və Riyad Mahrez (90+3) qol vurublar.

Xəbər 215 dəfə oxundu.