Çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti dəfə İran yığmasına məğlub olub
İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində İran yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

Qarşılaşma rəqib komandanın 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin qollarını Amid Nəzərov, Ramil Əliyev və Tural Qürbətov vurub.

Komandalar arasında sonuncu yoldaşlıq oyunu bu gün keçiriləcək.

Xəbər 225 dəfə oxundu.