AFFA nümayəndələri və hakim inspektorlar üçün danışılmış oyunlarla bağlı seminar keçirilib
Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Premyer Liqasına və Birinci Divizion oyunlarına təyinat alan AFFA nümayəndələri və hakim inspektorlar üçün ayrı-ayrılıqda danışılmış oyunlarla bağlı seminar keçirilib.

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda danışılmış oyunlara qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.

Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Xəbər 257 dəfə oxundu.