İtaliya yığmasının müdafiəçisi Emerson Palmieri İngiltərədə klubunu dəyişib
Futbol üzrə İtaliya yığmasının müdafiəçisi Emerson Palmieri İngiltərənin “Çelsi” klubundan ayrılıb.

28 yaşlı futbolçu bundan sonrakı karyerasını Premyer Liqanın digər təmsilçisi “Vest Hem”də davam etdirəcək. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Braziliya əsilli italiyalı futbolçunun transferi “Vest Hem”ə 13 milyon avroya başa gəlib. Halbuki, “zadəganlar” bu oyunçunu 2018-ci ildə “Roma”dan 20 milyon avroya transfer etmişdilər. Sol cinah müdafiəçisi yeni klubu ilə dördillik müqaviləyə imza atıb.

E.Palmieri 2018-ci ilin yanvarından formasını geyindiyi “Çelsi”də 71 oyuna çıxıb, 2 qol vurub. O, ötən mövsümü icarə əsasında Fransanın “Olimpik” (Lion) klubunda keçirib və 36 oyuna 1 qolla yadda qalıb.

Xəbər 216 dəfə oxundu.