“Qarabağ”ın sabiq futbolçusu Faysal Rerras karyerasını Belçikada davam etdirəcək
Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu Faysal Rerras karyerasını Belçikada davam etdirəcək.

O, Birinci Divizion təmsilçisi URSL klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İyirmi doqquz yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Mərakeş əsilli belçikalı oyunçu bir müddət əvvəl “Turan Tovuz”un düşərgəsində baxışda olub. Lakin Tovuz klubu məşqdə zədə alan təcrübəli oyunçudan imtina edib. O, 2019/2020-ci il mövsümündə “Qarabağ”da çıxış edib.

Xəbər 210 dəfə oxundu.