Bu gün UEFA Çempionlar Liqasının bütün iştirakçıları müəyyənləşəcək | |
UEFA Çempionlar Liqasında pley-off görüşləri bu gün başa çatacaq. Yarışın ikinci günündə 3 cavab qarşılaşması keçiriləcək. Bununla da qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək. Belə ki, Zaqrebin "Dinamo" klubu Xorvatiyada "Budö Qlimt" (Norveç) komandası ilə qarşılaşacaq. İlk oyunda Zaqreb təmsilçisi 0:1 hesabı ilə məğlub olub. Cavab oyununu evdə keçirəcək Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"i qəbul edəcək. PSV isə Niderlandda Şotlandiya "Reyncers"i ilə üz-üzə gələcək. Qeyd edək ki, Qlazqodakı ilk görüş heç-heçə ilə başa çatıb (2:2). Xatırladaq ki, hazırda qrup mərhələsinin 32 iştirakçısından 29-u məlumdur. |
|
Xəbər 207 dəfə oxundu. |
|
|