Çimərlik futbolu üzrə Azərbaycan millisinin İranda təlim-məşq toplanışı başlayıb
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının İranın Yazd şəhərində təlim-məşq toplanışı başlayıb.

Avqustun 26-dək davam edəcək hazırlıq prosesində millimiz üç yoldaşlıq oyunu keçirəcək. Komandamız biri bu gün olmaqla, ayın 24-də və 25-də İran yığması ilə daha iki yoldaşlıq oyununda üz-üzə gələcək.

Toplanışda millimizin heyətində qapıçılar - Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov, oyunçular - Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov, Orxan Məmmədov, Fuad Hüseynov, Emin Mehdiyev, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynalli, Hüseyn Axundov, Sabir Allahquliyev, Tural Qurbatov və Ramil Əliyev iştirak edirlər.

Xəbər 222 dəfə oxundu.