“Səbail”dən ayrılan Domantias Şimkusun yeni klubu müəyyənləşib
Bakının “Səbail” klubundan ayrılan futbolçu Domantias Şimkusun yeni komandası müəyyənləşib.

26 yaşlı yarımmüdafiəçi karyerasını Sloveniyanın “Mura” komandasında davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Litva millisinin üzvü ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, D.Şimkus 2021/2022-ci il mövsümündə “Səbail”də oynayıb. O, yeni müqavilə təklifi almadığı üçün mayda paytaxt təmsilçisindən ayrılıb.

Xəbər 225 dəfə oxundu.