Şahmatçımız Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasının növbəti mərhələsində iştirak edəcək
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Sent-Luisdə (ABŞ) keçiriləcək “Grand Chess Tour” seriyasının növbəti mərhələsində iştirak edəcək.

Turnirdə şahmatçımızla yanaşı, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Fabiano Karuana, Levon Aronyan, Leynier Dominges, Hikaru Nakamura, Samuel Şankland (hamısı - ABŞ), Riçard Rapport (Macarıstan) və Yan Nepomniyaşi (Rusiya) iştirak edəcəklər.

Rapid və blits üzrə keçiriləcək turnir avqustun 26-dan 30-dək davam edəcək.

Xəbər 298 dəfə oxundu.