"Mançester Yunayted" "Liverpul"a qalib gəlib | |
Futbol üzrə İngiltərə Premyer Liqasında III tura mərkəzi oyunla yekun vurulub. Turun son oyununda mövsümə yaxşı başlamayan "Mançester Yunayted" və "Liverpul" komandaları üz-üzə gəliblər. "Old Trafford" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 16-cı dəqiqədə "qırmızı şeytanlar"dan Ceydon Sanço vurub. 53-cü dəqiqədə Markuş Reşford hesab arasındakı fərqi 2 topa çatdırıb. 81-ci dəqiqədə Məhəmməd Salah buraxılan qollardan birinin əvəzini çıxıb. Cari mövsümdə ilk qələbəsini qazanan "Mançester Yunayted" 3 xalla 14-cü sıraya yüksəlib. 2 xalı olan "Liverpul" isə 16-cı pillədə qərarlaşıb. Qeyd edək ki, turnir cədvəlinə 9 xalla "Arsenal" klubu başçılıq edir. |
|
Xəbər 299 dəfə oxundu. |
|
|