Daha bir güləşçimiz dünya çempionatının bürünc medalını qazanıb
Yunan-Roma güləşçimiz Laçın Vəliyev (87 kq) U-20 dünya çempionatının bürünc medalına yiyələnib.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz koreyalı Donqyun Yuna 9:0 hesabı ilə qalib gəlib.

Digər güləşçimiz Xasay Həsənli (77 kq) isə bürünc medal görüşündə moldovalı Aleksandrin Qutuya 5:11 hesabı ilə məğlub olub.

Xəbər 339 dəfə oxundu.