Qadın voleybolçulardan ibarət yığmamızın Avropa çempionatının təsnifat mərhələsi üçün heyəti açıqlanıb
Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Baş məşqçi Eldar Yusubov heyətə 14 voleybolçu daxil edib. Bunlar Ayşən Abduləzimova, Kristina Besman, Marqarita Stepanenko, Aynur İmanova, Yuliya Kərimova, Olena Xarçenko, Yelizaveta Ruban, Odina Əliyeva, Mariya Kirilyuk, Bəyaz Alıyeva, Şəfaqət Alışanova, Anastasiya Mertsalova, Nikalina Başnakova və Valeriya Kondratyevadır.

Qeyd edək ki, D qrupunda çıxış edən yığmamız ilk oyununu bu gün Gürcüstan millisinə qarşı keçirəcək.

Xəbər 234 dəfə oxundu.