Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında
Macarıstanın Kişkunfeledhaza şəhərində keçirilən stolüstü tennis üzrə Avrotalant İlkin Təsnifat Düşərgəsinə (Europtalents Pre-Selection Camp) yekun vurulub.

Mərhələni uğurla bitirən Azərbaycan təmsilçiləri Xədicə Eylazova və Yağmur Məmmədli Yekun Təsnifat Düşərgəsində iştirak etmək hüququ əldə ediblər.

Yekun Təsnifat Düşərgəsi oktyabrın 16-23-də Sloveniyanın Otoçets şəhərində təşkil olunacaq.

Qeyd edək ki, daha bir istedadlı stolüstü tennisçimiz Onur Quluzadə bu ilin iyun ayındakı seçimlərin nəticəsinə əsasən sözügedən toplanışa dəvət alıb.

Xəbər 285 dəfə oxundu.