Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək | |
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin növbəti oyunları keçiriləcək. Bu mərhələnin ikinci oyun günündə üç qarşılaşma olacaq. Azərbaycan çempionu “Qarabağ” Bakıda Çexiyanın "Viktoriya Plzen" komandasını qəbul edəcək. Xatırladaq ki, pley-off turunun ilk matçları avqustun 17-də, cavab qarşılaşmaları isə avqustun 24-də təşkil olunacaq. Bu turu adlayan komandalar mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klublar isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq. Pley-off mərhələsinin növbəti matçlarının proqramını təqdim edirik: 17 avqust 20.45 Qarabağ (Azərbaycan) - Viktoriya Plzen (Çexiya) 23.00 Makkabi Hayfa (İsrail) – Srvena zvezda (Serbiya) 23.00 Dinamo Kiyev (Ukrayna) - Benfika (Portuqaliya) |
|
Xəbər 251 dəfə oxundu. |
|
|