İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb.

üzgüçü Ramil Vəlizadə finişə hamıdan tez çatıb.

O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərərək birinciliyi əldə edib.

Qeyd edək ki, bu, Azərbaycanın qazandığı 22-ci qızıl medaldır.

Xəbər 322 dəfə oxundu.