Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi başlayır
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi start götürəcək.

Pley-off turunun ilk matçları avqustun 16-17-də, cavab qarşılaşmaları isə avqustun 23-24-də oynanılacaq. Ağdamın “Qarabağ” klubu avqustun 17-də Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.

Bu turu adlayan komandalar mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klublar isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.

Pley-off mərhələsinin ilk matçlarının proqramını təqdim edirik:

16 avqust

23.00 Bodo/Glimt (Norveç) - Dinamo Zaqreb (Xorvatiya)

23.00 Kopenhagen (Danimarka) - Trabzonspor (Türkiyə)

23.00 Reyncers (Şotlandiya) - PSV (Niderland)

17 avqust

20.45 Qarabağ (Azərbaycan) - Viktoriya Plzen (Çexiya)

23.00 Makkabi Hayfa (İsrail) – Srvena zvezda (Serbiya)

23.00 Dinamo Kiyev (Ukrayna) - Benfika (Portuqaliya)

Xəbər 227 dəfə oxundu.